Koçaryan koronavirusa yoluxub?

Koçaryan koronavirusa yoluxub?
  13 Aprel 2021    Oxunub:2813
Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə iclasında iştirak etməyib.
Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir.

Koçaryanın vəkili Ayk Alumyan deyib ki, Koçaryan simptomlara əsaslanaraq koronavirus testi verib və indi cavab gözləyir. Vəkilin sözlərinə görə, eks-prezidentin yaxınları arasında yoluxma var.

“Əgər məhkəmə kimdən söhbət getdiyini bilmək istəsə, bu barədə bağlı qapılar arxasında məlumat verə bilərəm”.

O bildirib ki, Koçaryan yoluxmuş şəxslə təmasda olub, indiyə qədər mənfi test nəticəsi almayıb və kimisə təhlükəyə atmaq istəmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti