Peyvənd olunmuş turistlər İsrailə buraxılacaq

Peyvənd olunmuş turistlər İsrailə buraxılacaq
  13 Aprel 2021    Oxunub:1872
İsrail peyvənd olunmuş xarici turist qruplarının 23 may tarixindən etibarən ölkəyə girişinə icazə verəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Turizm nazirliklərinin birgə açıqlamasında deyilir.

"Turizm naziri Orit Farkaş Hakoen və səhiyyə naziri Yuliy Edelşteyn xarici ölkələrdən peyvəndlənmiş turist qruplarının qəbulu və girişi sxemi ilə bağlı razılığa gəldilər. Mayın 23-dən etibarən İsrailin sərhədləri peyvənd olunmuş xarici turist qrupları üçün açıq olacaq".

Açıqlamada vurğulanıb ki, turistlər uçuş ərəfəsində PCR testindən keçməlidirlər, həmçinin Ben Qurion hava limanında peyvənd və xəstəlik nəticəsində əldə edilmiş immuniteti təsdiqləmək üçün seroloji analiz verməlidirlər.

Turizm naziri bildirib ki, ölkəyə gələn turistlərin tam geri dönməsi üçün çalışacaq. Bu, İsrail iqtisadiyyatına böyük kömək göstərəcək, eyni zamanda bir çox israillini ehtiyac duyduğu iş yerləri ilə təmin edəcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Turist  





Xəbər lenti