İran uranın 60%-dək zənginləşdirilməsinə başlayır

  13 Aprel 2021    Oxunub : 1604
İran uranın 60%-dək zənginləşdirilməsinə başlayır
İran çərşənbə günündən etibarən uranın 60 %-dək zənginləşdirilməsinə başlayır.
Azvision.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Ərakçı bildirib.

Onun sözlərinə görə, ötən həftə qəza baş verən Nətənz nüvə obyektində daha 1000 sentrifuqa quraşdıracaq, zərər görən cihazlar dəyişdiriləcək.

Qeyd edək ki, bundan əvvəl İranın XİN başçısı Məhəmməd Cavad Zərif tezliklə Nətənzdə yeni nəsil uran zənginləşdirmə sentrifuqalarının quraşdırılacağını diqqətə çatdırmışdı.

Azvision.az

Teqlər: İran   Uran