Türkiyədə karantin rejimi sərtləşdirilir

Türkiyədə karantin rejimi sərtləşdirilir
  14 Aprel 2021    Oxunub:2751
Türkiyədə koronavirus pandemiyasi ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, qapanma tədbirləri Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

Hökumətin qərarına əsasən, ölkə üzrə həftəsonu qadağaları qüvvədə qalacaq, həftəiçi küçəyə çıxma qadağasının müddəti saat 19:00-dan 05:00-dək müəyyən edilib.

Bundan əlavə, şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, həmçinin digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti