Hərbi Qənimətlər Parkının saytı istifadəyə verildi
Saytda özəlliklərindən biri odur ki, ziyarətçilər texnikaların qarşısında yerləşən məlumat tablolarındakı QR kodları "scan" edərək texnikalar haqqında daha ətraflı məlumatı veb sayt üzərindən 1 toxunuşla əldə edə biləcəklər.
Hərbi Qənimətlər Parkının veb saytı: www.herbiqenimetlerparki.az
Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb: açıq səma altında nadir park salınıb.
Aprel ayının 12-də ölkə başçısı Prezident İlham Əliyevin iştirakı ilə qənimətlər parkının açılışı baş tutub.
Azvision.az