“Azad edilmiş ərazilərdə hər şeyə sıfırdan başlanılır” - Vüsal Qasımlı

 “Azad edilmiş ərazilərdə hər şeyə sıfırdan başlanılır” -  Vüsal Qasımlı
  14 Aprel 2021    Oxunub:2000
Azərbaycanda rəqəmsal ekosistemin inkişafı hərtərəfli gedir. Bunun üçün rəqəmsal ticarət konsorsiumu fəaliyyət göstərir. Rəqəmsallaşma siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında magistral xətt olaraq həyata keçirilir, müasir kommunisasiya xidmətlərindən istifadə etməklə elektron bankçılıq, səhiyyə və digər sahələrdə əhatə dairəsi genişləndirilir.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Rəqəmsal ekosistemin inkişafında maliyyə instutularının rolu” adlı onlayn tədbirdə deyib. Onun sözlərinə görə, bu gün ölkədə elektron hökumətdən rəqəmsal hökumətə doğru hərəkət edilir.

“Bu, kifayət qədər böyük işdir. Reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid səmərəli olmaqla yanaşı, iqtisadi və sosial inkişaf üçün vacib məsələdir”.

V.Qasımlı qeyd edib ki, rəqəmsal ekosistemin yaradılması işğaldan azad edilmiş ərazilərdə sürətlə gedəcək:

“Çünki burada hər şeyə sıfırdan başlanılır. Proqnozlar bizi bu prosesi sürətlə aparmağa sövq edir. 2030-cu ilə qədər əmək sahələrinin 30 faizi avtomatlaşdırılacaq, 77 faiz yeni bazarların əldə edilməsinə ehtiyac yaranacaq. 2025-ci ilə qədər internetə qoşulacaq əşyaların sayı 25 milyarda çatacaq. Dünya trendləri deməyə əsas verir ki, Azərbaycanda bu sahədə başlamış uğurlu fəaliyyət daha geniş, sistemli şəkildə davam etməlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti