Rus ordusu Ukraynaya girə bilər

Rus ordusu Ukraynaya girə bilər
  02 Mart 2014    Oxunub:955
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası Prezident Vladimir Putinə Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsinə razılıq verib.

AzVision.az İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Rusiya parlamentinin Yuxarı palatası tərəfindən qəbul edilib.

Palatada açıq səsvermə keçirilib və qərar yekdilliklə qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti V.Putin Federasiya Şurasına Ukraynada ictimai-siyasi vəziyyət yaxşılaşanadək RF Silahlı Qüvvələrinin bu ölkənin ərazisində istifadə edilməsi barədə müraciət etmişdi.


Teqlər:  





Xəbər lenti