Paşinyan Qasparyanın müharibə barədə dediklərini yalanladı

Paşinyan Qasparyanın müharibə barədə dediklərini yalanladı
  14 Aprel 2021    Oxunub:3564
Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentin iclasında iştirak edərək Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub. Paşinyan son vaxtlar bu mövzuda bəzi fərziyyələrə də aydınlıq gətirib.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, xüsusilə hökumət başçısı, keçmiş baş qərargah rəisi Onik Qasparyanın 2020-ci ilin noyabrında verdiyi bəyanata cavab verib.

Erməni mətbuatında yayılan məlumata əsasən, Qasparyan müharibənin dördüncü günü bəyan edib ki, Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır.

“Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi yoxdur. Keçmiş baş qərargah rəisi bunu demədi, stenoqrama da mövcuddur. Söhbət 30 sentyabr Təhlükəsizlik Şurasının iclasından gedir. Qasparyan əksinə Azərbaycanın heç bir uğur qazanmadığını, ordunun tapşırıqlarını yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini söylədi.

Üstəlik, Qasparyan 30 sentyabrda belə bir şey deyə bilməzdi, çünki bundan bir ay əvvəl - 21 avqust tarixində Təhlükəsizlik Şurasının iclasında o bildirib ki, erməni tərəfi Azərbaycan ordsunun hücumunun qarşısını alaraq, onları məğlub edə biləcək”, - deyə Paşinyan cavabında bildirib.

O xatırladıb ki, müharibə dövründə atəşkəs razılaşmasının əldə edilməsinə nail olmaq üçün üç dəfə imkan olub.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti