“Virusdan qorunmaq üçün Allaha pənah aparmalıyıq” - QMİ sədri

“Virusdan qorunmaq üçün Allaha pənah aparmalıyıq” -  QMİ sədri
  14 Aprel 2021    Oxunub:3381
Koronavirusdan qorunmaq üçün Allaha pənah aparmalıyıq, dua etməliyik. Xəstələrin tezliklə şəfa tapması bizim istəyimiz olmalıdır.

Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə REAL TV-yə müsahibəsində deyib.
QMİ sədri bildirib ki, xəstələnən insanlar bilərəkdən cəmiyyətdə virusu yayırsa, onlara günah yazılır:

“Vətəndaşlar qoyulan qanunlara imkan daxilində riayət etsinlər, əllərini tez-tez yusunlar. Dindarlar da buna riayət etsin. Bir çox ölkələrdə xəstəliyə yoluxanların sayı artır. Bu da onlarda bayramların olması ilə əlaqəndirilir və deyilənə görə, bunun nəticəsində yoluxma sayı artıb. Müsəlmanların başqa dinlərdən fərqi ondandır ki, onlar hər yerdə dua edə bilərlər. İman qəlbdə olmalıdır, harada olmasından asılı olmayaraq Allahı yaddan çıxarmamalı və dua etməlidirlər. İnsanları qoyulan qaydalara riayət etməyə çağırıram, səbr etsinlər. İnşallah tezliklə xəstəlik aramızdan yox olar”.

A.Paşazadə bildirib ki, kütləvi iftar mərasimlərinin keçirilməsindənsə, həmin vəsaiti ehtiyacı olanlara paylasalar yaxşı olar:

“Bu, Fətvada da qeyd edilib. İftar süfrəsini öz ailə tərkibində keçirsə, daha yaxşı olar. Cəm olan yerlərdə xəstəliyin yayılması arta bilər. Məscidlərin bağlı olması insanların sağlamlığı üçündür. Məscidlər bağlı deyil. Bəzi adamlar bundan istifadə edərək siyasi tərəflərə çəkirlər. Məscidlər daha çox adamın toplaşması ilə xəstəliyin yayılması nəzərə alınaraq məhdud şəkildə fəaliyyət göstərir. Din xadimləri orada olur, namaz qılırlar. İnsanlar evdə olsalar da, onlar üçün moizələr olacaq, Quranlar oxunacaq. Bütün dindarlar bu addımı ata bilər. İnsanlar evlərdə oturub qulaq asa bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ramazan-ayı  





Xəbər lenti