Ermənistanda maskaya görə qətl törədildi - FOTO

 Ermənistanda maskaya görə qətl törədildi -  FOTO
  14 Aprel 2021    Oxunub:1852
Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda maskaya görə bir nəfər öldürülüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:30-da polisə 54 saylı sərnişin marşrutunda meyit tapılması barədə məlumat daxil olub.

Hadisə şahidlərinin dediyinə görə, maska taxmaqla bağlı marşurutda iki kişi arasında mübahisə yaranıb. Belə ki, sərnişinlərdən biri yanında oturan şəxsdən tibbi maska ​​taxmasını tələb edib, lakin sonuncu onunla mübahisəyə girib, nəticədə həmin şəxsi bıçaqlayaraq qaçıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Cinayətkarın aşkarlanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan  





Xəbər lenti