Türkiyə “Bozdoğan” raketini uğurla sınaqdan keçirdi

Türkiyə “Bozdoğan” raketini uğurla sınaqdan keçirdi
  14 Aprel 2021    Oxunub:1833
Türkiyədə “Hava-Hava” tipli “Bozdoğan” raketi uğurla sınaqdan keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında yazıb.

“Türkiyə havadan-havaya raket texnologiyasına sahib nadir ölkələrdən biri olmağı bacardı. “Bozdoğan” raketi ilk atışda hədəfi tam dəqiqliklə vurdu”, - deyə Ərdoğan qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bozdoğan  





Xəbər lenti