Türkiyənin keçmiş baş naziri vəfat edib

 Türkiyənin keçmiş baş naziri vəfat edib
  15 Aprel 2021    Oxunub:2616
Türkiyənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.
Azvision.az xəbər verir ki, 86 yaşlı eks baş nazir Ankara Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində anadan olub. İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri vəzifəsində işləyib. 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olub.

O, 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışıb. 1999-2000-ci illərdə isə yenidən TBMM-in sədri olub.

Azvision.az


Teqlər: Türkiyə   Baş-nazir  





Xəbər lenti