Son sutkada 679 mindən çox yoluxma olub

  14 Aprel 2021    Oxunub : 1475
Son sutkada 679 mindən çox yoluxma olub
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 679 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutkada 679 003 nəfər koronavirusa yoluxub, 10 367 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 136 996 364, ölənlərin isə 2 951 832 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya