Sarkisyanın yaxın adamı koronavirusdan öldü

  15 Aprel 2021    Oxunub : 1292
Sarkisyanın yaxın adamı koronavirusdan öldü
Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qraçya Arutyunyan koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak.am” nəşri məlumat yayıb.

Qraçya Arutyunyan Serj Sarkisyanın prezidentliyi dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsində çalışıb və onun ən yaxın adamlarından biri olub.

O, ölkədəki hakimiyyət dəyişikliyindən sonra istefa verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: QraçyaArutyunyan