Rusiyada koronavirusdan ölənlərin sayı 104 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 104 mini ötdü
  15 Aprel 2021    Oxunub:2621
Rusiyada son sutka ərzində koronavirusa 8 944 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 675 153 nəfərə çatıb.

Rusiyada son bir gündə 398 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 104 398 nəfərdir. İndiyədək 4 301 448 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti