Berezovskinin qabırğası sınıb
Bu barədə qəzet Berezovskinin ailə üzvlərinə istinadən xəbər yayıb.
Ailə üzvləri ölümündən az əvvəl Berezovskinin depresiyyadan çıxdığını, emossional vəziyyətinin yaxşılaşdığını və belə olan halda intihar versiyasının inandırıcı olmayacağını da deyib.
Xatırladaq ki, Berezovskinin nəşi üzərində aparılan ilkin ekzpertizanın rəyində, Boris Berezovskinin bədənində heç bir zorakılıq əlamətlərinə rast gəlinmədiyi və boğulmadan öldüyü bildirilir.
Britaniya polisləri bildirir ki, ölümün dəqiq səbəblərinin məlum olması üçün toksikolofi və histoloji təhqiqatların aparılması davam edəcək və nəticələr bir neçə həftə sonra ictimaiyyətə açıqlanacaq.
Azvision.az