Paşinyanın arvadı deputatları danladı

 Paşinyanın arvadı deputatları danladı
  15 Aprel 2021    Oxunub:2364
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan dünən parlamentdə ayağa qalxmayan deputatları danlayıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, həmin deputatlar Paşinyanın komandasına daxil olmayacaqlar.

“Parlamentdəki alqışların müəllifi baş nazirin həyat yoldaşı Anna Akopyan olub. Bu kampaniyaya qoşulmayan deputatlar ibaş nazirin xanımını qəzəbləndirib. Akopyan onları Paşinyanın komandasında olmayacaqları ilə hədələyib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, dünən Nikol Paşinyanın parlamentdə çıxışı zamanı bəzi deputatlar onu ayaq üstə alqışlayıblar. Bir neçə deputat isə ayağa durmaqdan imtina edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AnnaAkopyan  





Xəbər lenti