Azərbaycan axtarışda olan şəxsi Gürcüstana təhvil verdi
Rustavi şəhər məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İlyas Əliyev barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlyas Əliyev 15.04.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.
Azvision.az
Teqlər: Azərbaycan Gürcüstan