Blinken Əfqanıstana gözlənilməz səfər edib
![Blinken Əfqanıstana gözlənilməz səfər edib Blinken Əfqanıstana gözlənilməz səfər edib](https://azvision.az/photos/2021/04/blink-1618485479.jpg)
Qeyd olunub ki, Entoni Blinken Prezident Co Baydenin Əfqanıstandan ABŞ qoşunlarını geri çəkmək qərarını qarşı tərəfə çatdırmaq üçün əvvəlcədən elan etmədən Kabilə gəlib.
"Bu səfərimlə ABŞ-ın İslam Respublikasına və Əfqanıstan xalqına davamlı dəstəyini nümayiş etdirmək istəyirəm. Tərəfdaşlıq dəyişir, amma o, davamlıdır", - Blinken Prezident Əşrəf Qani ilə görüşdən sonra deyib.
Xatırladaq ki, ABŞ Administrasiyası bu il sentyabrın 11-dək qoşunlarını Əfqanıstanda çıxaracağını bəyan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan