ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi

  15 Aprel 2021    Oxunub : 2017
 ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

"Bu gün Bayden administrasiyası Rusiyaya münasibətdə bir sıra qərarlar qəbul edib. ABŞ Maliyyə Nazirliyi Rusiya kəşfiyyat xidmətlərinin kiber proqramına dəstək göstərən altı texnologiya şirkətinə qarşı sanksiya tətbiq edib", - açıqlamada vurğulanıb.

Qeyd edilib ki, bu şirkətlər Rusiya iqtisadiyyatının texnoloji sektorundakı işlərə cavabdehdirlər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   ABŞ   Sanksiya