Səfir “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda olub

  15 Aprel 2021    Oxunub : 1852
Səfir “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda olub
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın modernləşdirilməsinin və genişləndirilməsinin gedişatı, dəniz gəmilərin qəbulu və Qazaxıstana və digər Xəzəryanı ölkələrə yüklərin göndərilməsi üçün yeni sahələrin inşası ilə tanış olması üçün limanı ziyarət edib.
Bu barədə Azvision.az -a Qazaxıstan səfirliyindən məlumat verilib.

Diplomat limanın rəhbərliyi ilə Qazaxıstanla Azərbaycan arasında ikitərəfli tranzit-nəqliyyat, Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM) çərçivəsində çoxtərəfli kooperasiyanın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.

Həmçinin, səfir dəniz limanı ərazisində fəaliyyət göstərən dəyirman kompleksinə malik “Bakı Taxıl Terminalı” birgə Qazaxıstan-Azərbaycan müəssisəni ziyarət edib. Baxış zamanı Qazaxıstan unun nəql edilməsi, qəbul edilməsi və saxlanılması, onun tədarükünün, istehsalatının stabil saxlanılması, ixrac tədarükün diversifikasiyası məsələləri müzakirə olunub.




Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Qazaxıstan   Səfir