Türkiyədə fabrikdə güclü partlayış olub - Yaralılar var

Türkiyədə fabrikdə güclü partlayış olub -    Yaralılar var
  16 Aprel 2021    Oxunub:1990
Türkiyənin Kocaeli vilayətində yerləşən fabrikdə güclü partlayış baş verib.
Azvision.az xəbər verir ki, hadisə şəhərin Körfez rayonunda qeydə alınıb. Partlayış nəticəsində fabrikdə olan işçilərdən səkkiz nəfəri yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Partlayışın təsirindən fabrikdə yanğın olub. Faktla bağlı araşdırma başladılıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Azvision.az



Teqlər: Türkiyə   Partlayış  





Xəbər lenti