Türkiyədə koronavirusdan ölüm sayı 35 mini keçdi

   Türkiyədə koronavirusdan ölüm sayı 35 mini keçdi
  16 Aprel 2021    Oxunub:1985
Türkiyədə son sutka ərzində 297 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 61 min 400 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 86 min 957, pandemiya qurbanlarının sayı isə 35 min 31 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 535 min 40 pasiyent (son sutkada 54 894 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti