Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

Rusiya səfiri Britaniya XİN-ə çağırıldı
  16 Aprel 2021    Oxunub:2432
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

“Rusiyanın kiberhücumlar, demokratik proseslərə müdaxilə və Ukrayna sərhədində hərbi potensialını gücləndirməsi, qanunsuz şəkildə Krımın ilhaq edilməsi kimi düşmən xarakterli davranışları ilə əlaqədar bu ölkənin səfiri Britaniya XİN-ə çağırılıb”, - deyə açıqlamada qeyd olunub.

Azvision.az


Teqlər: Rusiya   Britaniya   XİN  





Xəbər lenti