Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib

   Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
  16 Aprel 2021    Oxunub:1898
Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin mina və partlamamış sursatlardan təmizlənməsi prosesi davam edir.
Azvision.az xəbər verir ki, Ağdam rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.

Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti