Cəlal Arutyunyan Hadruta görə dindirildi
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, separatçıların qanunsuz hərbi birləşmələrinə rəhbərlik etmiş Arutyunyan İstintaq Komitəsində aparılan cinayət işi üzrə şahid qismində dindirilib.
Məlumata görə, 11 oktyabrda müharibə zamanı Cəlal Arutyunyanın əmri ilə Hadrut-Cəbrayıl istiqamətində hücumu dəf etmək üçün 72 nəfərlik batalyon göndərilib. İttihama əsasən, Arustamyan 72 hərbçi ilə görüşməli və onları öz komandanlığı altına almalı idi. Lakin Arustamyan bu ərazinin artıq Azərbaycan tərəfindən azad edildiyini bilərək hərbçiləri Hadruta göndərib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hadrut