Əfqanıstanda partlayış: Bir ailənin 4 üzvü həlak oldu

  16 Aprel 2021    Oxunub : 1317
 Əfqanıstanda partlayış:  Bir ailənin 4 üzvü həlak oldu
Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində yolda qoyulmuş bombanın partlaması nəticəsində ən azı dörd mülki şəxs ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, həlak olan şəxslər bir ailənin üzvləridir. Partlayışla bağlı təfərrüatlar açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan