4300-ə yaxın şəxsə “Şəhid ailəsi üzvü” vəsiqəsi verilib

4300-ə yaxın şəxsə “Şəhid ailəsi üzvü” vəsiqəsi verilib
  16 Aprel 2021    Oxunub:2105
Bu günə qədər Vətən müharibəsində iştirak edən 2342 şəhid ailəsinin 4294 üzvü “Şəhid ailəsi üzvü” vəsiqələri ilə təmin olunub
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov deyib.

Qurum rəsmisi bildirib ki, agentliyin əməkdaşları şəhid ailələrinin evlərində onlara səyyar xidmət göstərir.

“Proses davam edir. Əməkdaşlarımız həmin evlərə səfər edib, müvafiq sənədləri toplayır və imtiyazlı şəxslərə şəhid ailəsi üzvü vəsiqələrini təqdim edirlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti