Gəncəliyev Gözəlyanın təhdidləri barədə beynəlxalq təşkilatları məlumatlandırdı

  16 Aprel 2021    Oxunub : 1868
 Gəncəliyev Gözəlyanın təhdidləri barədə beynəlxalq təşkilatları məlumatlandırdı
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələni beynəlxalq təşkilatdakı çıxışında səsləndirib.
Azvision.az -ın məlumatına görə, bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.

“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçıların diqqətinə çatdırdım”,- deyə Tural Gəncəliyev qeyd edib.

Azvision.az

Teqlər: Qarabağ   Tural-Gəncəliyev