Minaya düşən hərbçimiz şəhid olub - FOTO

 Minaya düşən hərbçimiz şəhid olub -  FOTO
  16 Aprel 2021    Oxunub:4026
Azərbaycan Ordusunun hərbçisi şəhid olub.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!



Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti