Azərbaycan-Rus arxeoloqları Mingəçevirdə birləşdi
Akademiyadan bildirdiklərinə görə Azad Zeynalovun rəhbərliyi ilə aparılan tədqiqatlarda rusiyalı mütəxəssislər də iştirak ediblər.
Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun paleolit şöbəsinin iclasında A.Zeynalovun və bu elm müəssisəsinin elmi katibi, arxeoloq Sergey Kulakovun “Azərbaycanda yeni aşel abidəsi” mövzusunda məruzələri dinləniləyib. Məruzəçilər 2013-ci ildə Azərbaycanın qərbində, Mingəçevir su anbarı
yaxınlığında aşel dövrünə aid yeni Qaraca abidəsinin aşkar edilməsi haqqında məlumat veriblər. Qeyd olununub ki, aşkarlanıb əl çapacaqları, nukleuslar, qaşovlar və digər nümunələr Cənubi Qafqazın arxantrop əhalisinin yaşam tərzinin, mədəniyyətinin, ətraf mühitlə əlaqəsinin kompleks şəkildə tədqiqinə imkan verir.
İclasda paleolit şöbəsi tərəfindən Qaraca abidəsində arxeoloji tədqiqatların yüksək metodik səviyyədə aparılması haqqında qətnamə qəbul edilib.
Teqlər: