Paşinyanın partiyasının Zəngəzur qorxusu

 Paşinyanın partiyasının Zəngəzur qorxusu
  16 Aprel 2021    Oxunub:1978
Ermənistanın hakim “Vətəndaş razılaşması” partiyası regionlarda səsvermə prosesinin necə olacağından narahatdır.
Azvision.az xəbər verir ki, bu barədə “İravnuk” nəşri yazıb.

Paşinyan hakimiyyəti xüsusilə, Sünik (Zəngəzur), Lori, Kotayk və Araqatsotda səslərin necə təmin olunacağından dərin narahatlıq keçirir.

“Bu regionlarda hakim partiya kifayət qədər zəif mövqelərə malikdir. Qeyd edilən bölgələrdən seçilən deputatların reytinqi sıfırdır. Həmin ərazilərdə müxalif siyasi qüvvələrin tərəfdarları çoxluq təşkil edir. Hakimiyyət nümayəndələri səs toplamaq bir yana qalsın, açıq şəkildə Sünikə gələ bilməzlər", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti