Büdcədə 212,7 milyon manat qalıq yaranıb

Büdcədə 212,7 milyon manat qalıq yaranıb
  16 Aprel 2021    Oxunub:2051
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 736,4 milyon manat, xərcləri isə 5 523,7 milyon manat təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,6% az və 5,1% çoxdur.

Son nəticədə büdcədə 212,7 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-fevral aylarının yekununda büdcə qalığı 559,6 milyon manat olmuşdu.

Azvision.az


Teqlər: DSK   Büdcə  





Xəbər lenti