Cəbrayılda minaya düşən erməni komandir reanimasiyadadır

Cəbrayılda minaya düşən erməni komandir reanimasiyadadır
  16 Aprel 2021    Oxunub:1717
Qarabağda itkin düşmüş erməni hərbçilərin cəsədlərinin axtarışı zamanı Cəbrayılda minaya düşən Ermənistan FHN-nin xilasedicisi reanimasiyaya yerləşdirilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, aprelin 15-də Cəbrayılda xilasetmə əməliyyat qrupunun komandiri 1975-ci il təvəllüdlü T.A. minaya düşərək sağ ayağından yaralanıb. Əvvəlcə ona Azərbaycan hərbçiləri yardım göstərib, daha sonra Xankəndinə aparılıb.

"O reanimasiyadadır. Günortadan sonra palataya köçürüləcəyi gözlənilir", - məlumatda deyilir.

Hadisə ilə əlaqədar axtarış əməliyyatı dayandırılıb. 16 apreldə itkin düşmüş erməni hərbçilərin cəsədlərinin axtarışı davam etdiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti