Azərbaycanda Rusiya peyvəndinin istehsalına başlanıla bilər

  16 Aprel 2021    Oxunub : 2330
Azərbaycanda Rusiya peyvəndinin istehsalına başlanıla bilər
Azərbaycanda koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalına başlanması məsələsi nəzərdən keçirilir.

Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
"Sizinlə bu sahədə əməkdaşlığımız davam edəcək, Rusiya öz peyvəndlərinin istehsalını demək olar ki, hər həftə artırır. Biz yalnız peyvəndlərimizi tədarük etmək deyil, həmçinin bildiyim qədər bu peyvəndlərin istehsalı məsələsi nəzərdən keçirilir. Bu da “Sputnik - V”in digər ölkələrə ixracına imkan verəcək”, - deyə Matviyenko əlavə edib.

O bildirib ki, “Sputnik - V” peyvəndinin bu ilin aprel-may aylarında Azərbaycana tədarükü barədə Bakı ilə Moskva arasında razılıq əldə edilib.

"Biz əməkdaşlıq üçün açığıq, heç nəyi gizlətmirik, kommersiya məqsədləri güdmürük, ümumiyyətlə, planetdə pandemiya ilə mübarizəyə böyük töhfə vermək istəyirik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Peyvənd   Rusiya