Türkiyədə nazirin olduğu təyyarə təcili eniş etdi
Pakdəmir Ankaradan Türkiyənin cənub-şərqindəki Şırnaka uçurmuş. Uçuş zamanı pilotlar mühərrikdə nasazlıq aşkar ediblər. Bu barədə nazirə məlumat verilib və təcili eniş etmək qərara alınıb.
Təyyarə Malatya hava limanına təcili enişə müvəffəq olub, zərərçəkənlər yoxdur.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: BəkirPakdəmir