Səfir Milli Kitabxananın direktoru ilə görüşdü

  16 Aprel 2021    Oxunub : 2151
Səfir Milli Kitabxananın direktoru ilə görüşdü
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ilə görüşüb.
Azvision.az bu barədə Qazaxıstan səfirliyinə istinadla xəbər verir.

Məlumata görə, görüş zamanı Qazaxıstanın mərkəzi kitabxanaları ilə əməkdaşlıq və kitab mübadiləsi haqqında sazişlərin həyata keçirilməsi, qazax yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin rəqəmsal kitabxananın yaradılması ilə bağlı birgə layihəsinə hazırlığı məsələləri müzakirə edilib.

Diplomat, həmçinin, kitabxana fonduna Azərbaycan dilində olan qazax ustadların yeni kitabları təqdim edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Səfir   Qazaxıstan