26 dövlət əmlakı hərraca çıxarılacaq

26 dövlət əmlakı hərraca çıxarılacaq
  16 Aprel 2021    Oxunub:3857
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 11-də növbəti dəfə hərrac təşkil edəcək.
Bu barədə Azvision.az -a qurumdan bildirilib.

Məlumata görə, hərraca 26 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: https://emlak.gov.az/news/view/6677-11-may-2021-ci-il-tarixd%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (https://emlak.gov.az/) və yaxud Özəlləşdirmə portalından ( https://azvision.az/redirect.php?url=http://privatization.az/index.php/az/ ) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (https://emlak.gov.az/) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (https://emlak.gov.az/) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az



Teqlər: Hərrac  





Xəbər lenti