Bir ildə 94 nəfər insan alverinin qurbanı olub

   Bir ildə 94 nəfər insan alverinin qurbanı olub
  16 Aprel 2021    Oxunub:3707
Ötən il Azərbaycanda 94 nəfərin insan alveri qurbanı olduğu müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilib.

Qeyd edilib ki, müəyyən edilmiş 94 insan alveri qurbanından 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Onlardan 93-ü Azərbaycan, 1-i isə Rusiya vətəndaşıdır.

Onlardan 81-i cinsi istismar məqsədi ilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb.

Azvision.az


Teqlər: İnsanalveri   Statistika  





Xəbər lenti