İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib

   İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
  16 Aprel 2021    Oxunub:3871
Ötən il məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb, onları törətmiş 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında qeyd olunub.

Bildirilib ki, axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür.

İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.

Azvision.az


Teqlər: Cinayətkar   Qrup  





Xəbər lenti