Bəzi ərzaq məhsulları bahalaşıb

Bəzi ərzaq məhsulları bahalaşıb
  17 Aprel 2021    Oxunub:5250
Mart ayında bəzi ərzaq məhsulları bahalaşıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, cari ilin martında fevrala nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın və tütün məmulatlarının qiymətlərində müşahidə edilib.

Bu müddət ərzində yumurta və xiyarın qiymətində ucuzlaşma olub. Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Azvision.az


Teqlər: Ərzaq   Məhsul  





Xəbər lenti