Daxili işlər orqanlarında test imtahanı
İmtahan saat 10-da başlanmış və üç saat davam edib
Sənədlərin qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılmışdır. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb.
Onlardan 35-i hüquq istiqaməti, 124-ü isə pedaqogika istiqaməti üzrə sənəd verib.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.