İran gəmisi batdı

İran gəmisi batdı
  02 Mart 2014    Oxunub:893
Oman dənizində İran gəmisi batıb.
İran bayrağı ilə üzən bir balıqçı gəmisi Oman dənizində batıb, göyərtəsindəki 13 nəfər heyyəti Pakistanın Hərbi Dəniz Qüvvələri xilas edib. Bunu İranın Sistan və Bəluçistan əyalətinin gəmiçilik idarəsinin rəhbəri Siyavuş Rizvani bu gün deyib. AzVision.az məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Rizvaninin sözlərinə görə, gəmi ötən gün Kənarək limanından Oman dənizində balıq tutmaq üçün çıxıb və dənizdə naməlum bir şeyə çırpınaraq batıb.

Rizvani əlavə edib ki, Pakistan HDQ-si İranlı gəmi heyyətini xilas edib və onlar bir neçə gün sonra İrana təhvil veriləcəklər.




Teqlər:  





Xəbər lenti