Koronavirusa yoluxanların sayı 140 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 140 milyonu keçdi
  17 Aprel 2021    Oxunub:1380
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 140 milyon 531 min 290 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 012 min 206 nəfərdir. İndiyədək 119 milyon 347 min 893 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 804 807 nəfər koronavirusa yoluxub, 12 955 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 305 913 nəfər virusa yoluxub, 579 942 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 14 526 609 nəfərdə virus aşkar edilib. Xəstələrdən 175 673 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 13 834 342 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 369 024 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 224 321 yoluxma, 100 404 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 684 148 nəfər virusa yoluxub ki, onlardan 104 795-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti