Diplomatların Rusiyadan çıxarılmasına ABŞ-dan reaksiya

Diplomatların Rusiyadan çıxarılmasına ABŞ-dan reaksiya
  17 Aprel 2021    Oxunub:1925
ABŞ Dövlət Departamenti amerikalı diplomatların Rusiyadan çıxarılması qərarına təəssüf edir.
Azvision.az xəbər verir ki, bu barədə "CNN" Dövlət Departamentinin nümayəndəsinə istinadla məlumat yayıb.

“ABŞ rəsmi Moskvanın eskalasiyaya aparan əks tədbirlərindən təəssüflənir və bunlara cavab vermək hüququnu özündə saxlayır. Vaşinqtonun son hərəkətləri mütənasib və uyğun idi. Lakin eskalasiya bizim maraqlarımıza uyğun deyil, bununla belə Rusiyanın istənilən addımlarına cavab vermək hüququmuzu özümüzdə saxlayırıq”, - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxaracağını bəyan edib. Buna cavab olaraq qarşı tərəf də 10 ABŞ diplomatının ölkədən çıxarılmasına qərar verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti