Almaniyada COVİD-dən ölüm sayı 80 minə çatır

Almaniyada COVİD-dən ölüm sayı 80 minə çatır
  17 Aprel 2021    Oxunub:1302
Almaniyada son bir gündə 23 804 nəfər koronavirus infeksiyasına yoluxub, 219 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 123 077 yoluxma halı aşkarlanıb, 79 847 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti