Erməni deputat Şuşa açıqlamasına görə tənqid olundu

Erməni deputat Şuşa açıqlamasına görə tənqid olundu
  17 Aprel 2021    Oxunub:2553
Ermənistan parlamentinin “Mənim addımım” hakim fraksiyasından olan deputatı Narek Qriqoryan yerli medianın tənqidinə tuş gəlib.
Azvision.az xəbər verir ki, buna səbəb jurnalistin "Şuşa döyüşsüz satılıbmı?" sualına mənasız fikirlərlə cavab verməsi olub.

“Mən orada olmamışam. Ona görə də bilmirəm ki, Şuşanı veriblər, ya əsir götürülüb”,- deyə Qriqoryan məntiqsiz cümlələrlə özünü gülməli duruma salıb.

Xatırladaq ki, bir müddət əvvəl də adıçəkilən deputat absurd açıqlaması ilə gündəmə gəlmişdi. O, babasının 1941-ci ildə Qarabağda döyüşdüyünü deməklə ictimaiyyətin gülüş hədəfinə çevrilmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti