İsrail ordusu HƏMAS-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu HƏMAS-ın hədəflərinə zərbələr endirdi
  17 Aprel 2021    Oxunub:1431
İsrail ordusu şənbə gecəsi Qəzza zolağından raket atmasına cavab olaraq HƏMAS radikal Fələstin hərəkatının hədəflərinə zərbələr endirib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Qəzza zolağından atılan raketə cavab olaraq İsrail ordusunun qırıcıları və hərbi helikopterləri "HƏMAS"ın bir sıra hərbi məqsədli obyektlərinə zərbə endirib", - məlumatda deyilir.

Bundan əvvəl Qəzza zolağından İsrail ərazisinə bir raket atıldığı barədə məlumat verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəzza   HƏMAS   Raket  





Xəbər lenti