Almaniya Əfqanıstana görə 12 milyard avro xərcləyib

  17 Aprel 2021    Oxunub : 1404
Almaniya Əfqanıstana görə 12 milyard avro xərcləyib
Almaniya Əfqanıstandakı missiyada iştirakına görə 2001- 2020-ci illərdə 12 milyard avro xərcləyib.
Azvision.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Məlumata əsasən, ən böyük xərc 2010-2012-ci illərə - Əfqanıstanda 5 minə yaxın alman əsgərinin yerləşdirildiyi dövrə təsadüf edir.

Eyni zamanda, statistikada Almaniyanın humanitar və infrastruktur layihələrinə hər il köçürdüyü vəsait nəzərə alınmayıb. Bu vəsaitdən iyirmi ildə ölkədə təxminən 1,4 min kilometr yol çəkilib və ya təmir edilib, 293 məktəb, 51 xəstəxana binası inşa olunub.

Əfqanıstanda alman kontingenti 1000 əsgərdən ibarətdir.

Qeyd edək ki, NATO mayın 1-də Əfqanıstandan qoşunlarını geri çəkməyə başlayacaq və 2021-ci ilin payızına qədər prosesi tamamlamağa hazırlaşır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Almaniya