Ermənistanda virusdan ölənlərin sayı artır

 Ermənistanda virusdan ölənlərin sayı artır
  17 Aprel 2021    Oxunub:2677
Ermənistanda son sutka ərzində daha 860 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 207 973 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 24 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3859-yə çatıb. Koronavirusa yoluxub, lakin digər xəstəliklərdən ölənlərin sayı 978 nəfərdir.

Aktiv xəstələrin sayı 15 880 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti